Haqqımızda Reklam
24 
Avq
2019
16:41
4
12
770

Şok statistika — Ölkənin azərbaycanlı icmasında qız uşaqlarının abortu Gürcüstan üzrə ən yüksəkdir

Gürcüstan abortların sayına görə dünyada ilk sıralardan birini tutur. Məlumaga əsasən, abortlar ölkədəki etnik azlıqlar arasında xüsusuilə geniş yayılıb. 24News.ge xəbər verir ki, bu barədə BMT-nın əhali fondunun Gürcüstan ofisinin rəhbəri Lela Bakradzenin bəyanatında bildirilib. O bildirib ki, Gürcüstan dünya miqyasında abortun geniş yayıldığı ölkələrdən biridir: "Belə ki, 3 milyon, 724 min əhaliyə malik olan Gürcüstanda il ərzində orta hesabla 30 minə dək abort həyata keçirilir. Son bir neçə ilin statistikasını əvvəl ki, illərlə müqayisədə nisbətən müsbətə doğru dəyişikliklər olsa da Gürcüstanda uşaqların doğulmamış öldürülməsi mühüm problem olaraq qalmaqdadır. Bu sahədə ən dəhşətli statistika 2012-ci ildə qeydə alınıb. Həmin ildə isə 39 min 225 doğulmamış uşaq abortun qurbanı olub. Aparılan araşdırmalara görə, son illərdə bu tendinsiya azalsa da problem aktual olaraq qalmaqdadır". Daha bir məlumatda isə qeyd olunub ki, hal hazırda yeni doğulan hər 100 qız uşağına 107 oğlan gəlir. Statistikaya əsasən, iki uşaqlı ailələrdə, əgər uşağın hər ikisi qızdırsa, yeni doğulan üçüncü 100 nəfər qıza 170 oğlan düşür. Məlumata əsasən, Gürcüstan üzrə cinsi sturuktur balansının pozulması xüsusilə 3 regionda: Kvemo-Kartli, Samtskhe–Javakheti və Kaxetidə özünü göstərir. Bu isə o deməkdir ki, etnik azlıqların kompakt olaraq məskunlaşdıqları (Kvemo-Kartli azərbaycanlı icması, Samtskhe–Javakheti erməni icması, Kaxeti isə gürcü icması) bölgələrdə cinsi balans xüsusilə pozulur. Bu bölgələrdə ailələr oğlan uşaqlarını qız uşaqlarıyla müqayisədə daha çox önəm verir. Bu isə hər il minlərlə qız uşağının doğulmadan öldürülməsi deməkdir. Qeyd edək ki, dünya miqyasında hər il 23 milyon uşaq qız olduğu üçün ana bətnində məhv edilir. Statistikaya əsasən, dünyada ən çox abortların həyata keçirildiyi 11 ölkə arasında Cənubi Qafqazın hər üç dövləti: Gürcüstan, Azərbaycan və Ermənistan qərarlaşıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989