Haqqımızda Reklam
25 
Avq
2019
20:11
6
1
668

Ukrayna Xarici Işlər Nazirliyi: De-facto Abxaziya rejiminin keçirdiyi seçkilər Rusiyanın növbəti provokasiyasıdır.

24News.ge xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın işğal altında olan Abxaziya bölgəsindəki de-facto rejim tərəfindən həyata keçirilən dırnaqarası prezident seçkilərini qınayan bəyanat yayıb. "Ukrayna de-facto Abxaziya rejimi tərəfindən keçirilən seçkiləri tanımır və bunu Rusiyanın işağl altındakı Abxaziyanın pro-Rusiya yönümlü rejiminin legitimasiyası üçün atılmış addımı olaraq qiymətləndirir. Ukrayna Gürcüstanın işğal altındakı Abxaziya və Çxinvali bölgələrində yaradılmış de-facto rejimləri tanımır və Rusiyanı Beynəlxalq Hüquq normalarına hörmət etməyə çağırır. Ukrayan dövləti Gürcüstanın ərazi bütövlüyünü və suverenliyi tanıyır və dəstəkləryir"- bəyanatda qeyd edilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989