Haqqımızda Reklam
26 
Avq
2019
05:58
3
0
556

İrəvanda atışma: ölən və yaralananlar var

Ermənistanın paytaxtı İrəvanda atışma olub. 24News.ge xəbər verir ki, bu barədə ermənistan KİV-ləri məlumat yayıb. Hadisə Şenqavit rayonunda, Eqişe Tadevosyan küçəsində qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə sonda kütləvi dava ilə nəticələnib. Dava zamanı odlu silahdan açılan atəş nəticəsində 3 nəfər xəsarət alıb. Onlar "Erebuni" tibb mərkəzinə yerləşdiriliblər. Yaralılardan biri aldığı ağır xəsarətlərdən tibb mərkəzində ölüb. Hadisə yerinə gələn polis əməkdaşları ərazidə avtomat və "Makarov" tapançasına aid gilizlər aşkarlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən şəxsin və yaralıların şəxsiyyətini araşdırır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989