Haqqımızda Reklam
26 
Avq
2019
06:14
1
1
527

Tramp yenə mediadan gileyləndi

ABŞ prezidenti Donald Tramp Biarissdə keçirilən “Böyük yeddilik” ölkələri sammitində dünya liderlərinin ona ən çox verdikləri sualdan danışıb. Bu haqda Ağ Evin rəhbəri “Twitter” səhifəsində yazıb. “ABŞ-da işlərin əla getdiyini və bizim indi daha güclü olduğumuzu hesab edən dünya liderlərinin mənə ən çox verdikləri sual budur: “Cənab prezident, niyə sizin ölkədəki Amerika mediası sizə belə dərin nifrət edir? Niyə onlar uğursuzluq arzu edirlər? Mən isə susuram”” - deyə, Tramp gileylənib. Qeyd edək ki, G7 sammiti həftə sonu Fransanın cənub-qərbində, Biarissdə keçirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989