Haqqımızda Reklam
26 
Avq
2019
06:20
4
3
917

"Hababam sınıfı"nın daha bir aktyoru vəfat etdi (FOTO)

"Hababam sınıfı" adlı məşhur ekran əsərinin daha bir aktyoru vəfat edib. 24News.ge xəbər verir ki, sözügedən ekran işində Domdom Ali obrazını canlandıran aktyor Feridun Şavlının qardaşı, epizodik rollardan birinin ifaçısı Faruk Şavlı dünyasını dəyişib. Bu yaxınlarda dəri xərçəngindən müalicə alan və Adanadakı xüsusi bir xəstəxanada müalicə görən Faruk Şavlı həyatda qalmaq üçün mübarizə aparırdı. Aktyorun xəstəliyi daha da irəlilədiyindən onun həyatını qurtarmaq mümkün olmayıb. Qeyd edək ki, "Hababam sınıfı"nın məşhur heyətindən Tarık Akan (Damat Ferit), Kemal Sunal (İnek Şaban), Adile Naşit (Hafize Ana), Halit Akçatepe (Güdük Necmi) də vəfat ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989