Haqqımızda Reklam
24 
Yan
2023
18:30
35
3
2873

Araflı kənd sakinləri Tbilisidə inşaatda işlədikləri əməkhaqqını ala bilmədiklərini bildirirlər - Şirkət isə...

Marneuli bələdiyyəsinin Araflı kənd sakinləri Tbilisidə inşaatlardan birində işlədiklərini, lakin son bir neçə gün ərzində işlədikləri əməkhaqqını ala bilmədiklərini bildirirlər. 24News.ge xəbər portalına müsahibə verən Araflı kənd sakinlərinin sözlərinə görə, altı nəfərin ümumilikdə 2800 lariyədək əməkhaqqı çalışdıqları şirkət tərəfindən ödənilməyib. Onların sözlərinə görə, Tbilisidə inşaat kompaniyalarından birində müxtəlif tikinti işlərini görüblər. İnşaatı həyata keçirən "ADLI" şirkəti isə "Kub" adlı özəl kompaniya ilə əməkdaşlıq edib və Araflı kəndindən olan işçilər də məhz "Kub" kompaniyasından məvacib alıblar. Xəbər portalımız bir qrup Araflı kənd sakininin əməkhaqqı məsələsi ilə bağlı "Kub" kompaniyasının rəhbəri və meneceri ilə əlaqə saxlayıb. Sözügedən kompaniyanın meneceri Merab Çuxuanın sözlərinə görə, onlar tikinti işlərini həyata keçirmək üçün bir neçə qrupla çalışıblar və onların arasında Araflı kəndindən olan qrup da olub. M.Çxua iddia edir ki, işçi qrupu onlar arasında sözlü razılığa uyğun olaraq iş fəaliyyətini yerinə yetirə bilməyiblər və onların bir neçəsinin konkret işi həyata keçirmək üçün bacarığı olmayıb. Nəticə etibarilə kompaniyaya zərər dəyib. Araflı kənd sakinləri isə bu iddia ilə razılaşmayıblar. Onların sözlərinə görə, son 1 həftə ərzində gördükləri iş üçün onlara ödəniş edilməyib və nəticə etibarilə təqribi olaraq 2800 lari zərər görüblər. "ADLI" kompaniyasından isə xəbər portalımıza bildirilir ki, onlar tikinti işlərininin həyta keçirilməsi ilə bağlı "Kub" firması ilə əməkdaşlıq ediblər və işçilərin əməkhaqqlarını vaxtı-vaxtında sözügedən şirkətin balansına köçürüblər. Məlumat üçün bildirək ki, işçilər və kompaniya arasında görülən tikinti işləri ilə bağlı hər hansı əmək müqaviləsi olmayıb. Qeyd edək ki, əməkdaşlarımızın vətəndaşların şikayəti ilə bağlı hazırladığı daha geniş reportajı axşam saat 21:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasiya buraxılışında izləyə bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989