Haqqımızda Reklam
19 
Mar
2023
22:17
50
8
1209

Qardabanidə Novruz Bayramı münasibətilə şənlik keçirilib (FOTO)

Martın 19-da, Qardabani şəhər Mədəniyyət və İstirahət Parkında Novruz Bayramı qeyd olunub. 24News.ge xəbər verir ki, tədbirdə Kvemo Kartli üzrə Dövlət Müvəkkili Giorgi Doxturişvili, Qardabani bələdiyyəsinin meri Davit Karqareteli, Sakrebulo sədri Mixeil Qedexauri, parlamentin deputatları Savalan Mirzəyev, Zaur Darğallı və Kaxa Koberidze həmçinin yerli hökumət nümayəndələri və ictimaiyyət adamları iştirak ediblər. Rəsmilər bayram şənliyində ilk öncə ənənəvi olaraq bayram tonqalını alovlandırıb və Novruz bayramı münasibəti ilə təbriklərini çatdırıblar. Tədbirdə həmçinin müxtəlif əl işləri, şirniyyatlar və təamların nümaişi həyata keçirilib. Baş tutan bayram şənliyində müxtəlif cür yarışlar keçirilib, qaliblərə yerli özünüidarəetmə nümayəndələri tərəfindən mükafatlar təqdim olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989