Haqqımızda Reklam
04 
Iyn
2023
18:11
31
11
1385

Gürcüstan-Ermənistan avtomagistralında tıxac yaranıb (FOTO)

Son günlər Gürcüstan-Ermənistan sərhədinin Sadaxlı kənd ərazisində və bu kəndə gedən yolda, Ermənistan Respublikasına keçmək istəyən Rusiya, Ermənistan və Gürcüstan dövlət nömrə nişanlı yük maşınlarının növbəsi yaranır. Bu barədə 24News.ge xəbər portalına Sadaxlı kənd sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, artıq bir neçə gündür ki, günün müxtəlif saatlarında kənd ərazisində minik avtomobillərinin hərəkəti iflic olur. Bildirilir ki, ərazidəki tır-parklar tamamilə dolduğu üçün, ağır yük avtomobilləri kəndin mərkəzi küçələrində və yollarda dayanmalı olur, bu isə yollarda tıxacların yaranmasına səbəb olur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989