Haqqımızda Reklam
03 
Okt
2023
13:10
54
3
940

Aşağı Güləver sakinləri kənddə stadion və istirahət güşəsinin yaradılması ilə bağlı imza toplayıblar (FOTO)

Bolnisi bələdiyyəsinin Aşağı Güləver (Qeta) kəndinin gəncləri kənd ərazisində stadion və kiçik istirahət güşəsinin yaradılması ilə bağlı imza toplayıblar. 24News.ge xəbər verir ki, futbol kənddəki yeniyetmələr arasında xüsusilə populyardır və onların yaratdıqları həvəskar komanda həmişə kənd turnirləri arasında fəxri yer tutur. Kənddə yeni stadionun tikilməsi məsələsini akutallaşdırmaq üçün “Salam” platformasında birləşən gənclər və Aşağı Güləver kəndindən olan gənclər arasında futbol yarışı baş tutub. Dahan sonra isə kənddə stadion və kiçik istirahət güşəsinin yaradılması ilə bağlı 30-dək gənc Bolnisi Meriyasına və Bələdiyyə Şurasına müraciət etmək üçün imza toplayıb. Gəclər müraciətlərinin nəzərə alınacağına və bunun 2024-cü il büdcəsində öz əksini tapacağına ümid edirlər. Qeyd edək ki, aktivlik Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə "HEKS-EPER Georgia" tərəfindən həyata keçirilən “Sosial, iqtisadi və siyasi həyatda bərabər və tam iştirak üçün vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989