Haqqımızda Reklam
03 
Dek
2023
20:07
20
46
4703

Bazara pendir satmağa gedən ər və arvadı yolda soyublar

Sameqreloda mikroavtobusla pendir satmaq üçün Abaşi bazarına gedən ər və arvad yolda silahlı şəxslər tərəfindən qarət ediliblər. 24News.ge yerli mətbuata istinadən xəbər verir ki, maskalı şəxslər nəqliyyat vasitəsinə minərək sözügedən şəxslərdən üzərilərində olan pul və mobil telefon tələb ediblər. Soyğunçular istədiklərini əldə etdikdən sonra ər və arvadın qollarını bağlayaraq onları meşə yaxınlığına atıblar. Hadisədən bir neçə dəqiqə sonra yoldan keçən digər vətəndaşların köməyi ilə sözügedən şəxslər xilas olunub Polis faktla bağlı quldurluq maddəsi ilə araşdırmaya başlayıb, hələlik saxlanılan yoxdur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989