Haqqımızda Reklam
03 
Dek
2023
20:59
21
33
4933

Restoranlardan birinin yaxınlığında bir polis və bir mülki şəxs bıçaqlanıb

Paytaxt Tbilisidə restoranlardan birinin yaxınlığında mübahisə zamanı bir polis əməkdaşı və bir mülki şəxs bıçaqlanıb. 24News.ge yerli mətbuata istinadən xəbər verir ki, əvvəlcə bir neçə gənc arasında qarşıdurma yaranıb, onların yanına patrul polisi gəlib və vəziyyəti yüngülləşdirməyə çalışıb, bu zaman münaqişə iştirakçılarından biri polis əməkdaşını və bir mülki şəxsi bıçaqlayıb Yaralılar təcili tibbi yardım vasitəsi ilə klinikaya çatdırılıblar, onların həyatları üçün təhlükə olmadığı bildirilir. Təqsirləndirilən şəxs polis tərəfindən artıq saxlanılıb, faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə istintaq başladılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989