Haqqımızda Reklam
03 
Dek
2023
21:45
78
15
1157

Gürcüstan Hava Yolları Tbilisi - Sankt Peterburq üzrə uçuşlara başlayır

Gürcüstan Hava Yolları dekabrın 10-dan Tbilisidən Sankt-Peterburqa uçuşlara başlayacaq. 24News.ge xəbər verir ki, bu barədə aviaşirkət sosial şəbəkədə məlumat paylaşıb. Şirkətdən verilən məlumata görə, uçuşlar həftədə iki dəfə olmaqla hər həftənin çərşənbə və bazar günləri baş tutacaq. Məlumat üçün bildirək ki, 4 illik fasilədən sonra Gürcüstanın "Georgian Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi bu ilin may ayında Rusiyaya birbaşa uçuş həyata keçirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989