Haqqımızda Reklam
10 
Sen
2019
19:23
16
0
2011

Gürcüstanda izdihamlı Aşura mərasimləri (FOTOREPORTAJ)

Aşura günü ilə əlaqədar Gürcüstandaki bir çox məscidlərdə imam Hüseyn əzadarlığı keçirilir. 24News.ge xəbər verir ki, məclisdə xütbələr oxunur, İmam Hüseynin həyatı və şəxsiyyəti barədə danışılır. İnsanlar məscidlərə gəlib Kərbəla hadisələrini anır, İmam Hüseyn və onun qardaşı Hz.Əbəlfəz eləcədə bacısı xanım Zeynəb üçün göz yaşı döküb, qəmlənib, dualar edib, qurbanlar kəsib az təminatlı ailələrə paylayırlar. Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır. Qeyd edək ki, fotolar paytaxt Tbilisidəki "Cümə Məscidi"ndən, Marneuli Hz.İmam Əli (ə.s) məscidindən və Qızılhacılı kəndindəki Hz.İmam Həsən (ə.s) məscidindən obiyektivə alınıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989