Haqqımızda Reklam
11 
Sen
2019
11:54
3
3
842

Müəllim olmaq istəyənlərin əksəriyyəti imtahandan uğursuz nəticə əldə edib — Açıqlama

2019-cu ildə müəllim adını qazanmaq üçün ixtisas imtahanına daxil olanların 74%-i müvafiq bal toplaya bilmədiyi üçün müəllim adını qazana bilməyib. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin müavini İrina Abuladze verib. Nazir müavinin sözlərinə görə, imtahanlarda 8000 nəfər könüllü iştirak edib: " İmtahanda İştirak edənlərdən sadəcə 26%-ı müvafiq nəticə əldə edərək müəllimlik sertfikatını əldə edib". Qeyd edək ki, imtahanlarda müəllim olaraq fəaliyyət göstərənlər və ali məktəblərin müxtəlif ixtisaslarından məzun olaraq müəllimlik sertifikatı əldə etmək istəyən könüllülər də iştirak ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989