Haqqımızda Reklam
11 
Sen
2019
15:20
3
3
1027

Gürcüstanda fəaliyyət göstərən özəl məktəblərin heyrətamiz qiymətləri - Araşdırma

Son illərdə Gürcüstanda uşaqlarını dövlət məktəbləri əvəzinə özəl məktəblərə yönəldən ailələr xüsusilə artır. Bu əsnada isə ölkədəki özəl məktəblərin sayında da artım müşahidə edilir. 24News BPN.ge saytının özəl məktəblər haqqında apardığı araşdırmanı təqdim edir: Araşdırmada ən yüksək qiymətə malik özəl təhsil ocaqları yer alıb. "QSI" Beynəlxalq məktəbi - artıq uzun illərdir ki, Gürcüstanda fəliyyət göstərən ən bahalı özəl məktəb statusunda liderlik edir. 1995-ci ildən fəaliyyətə başlayan bu özəl məktəbdə daha çox Gürcüstanda fəaliyyət göstərən xarici ölkə nümayəndələrinin uşaqları təhsil alırlar. Bu özəl məktəbdə illik təhsil haqqının qiyməti 25 min ABŞ dolları təşkil edir". "Müqəddəs Giorgi adına Beynəlxalq Məktəb" - bu özəl məktəb 22 ildir mövcuddur və burada illik təhsil haqqı 6 min 900 laridir "Qivi Zaldastanişvili adına Amerikan Akademiyası" - bu özəl məktəbdə 8-ci sinifədək illik təhsil haqqı 13 min lari, yuxarı siniflər üçün isə 24 min laridir. "Avropa Məktəbi" - bu özəl məktəbin gürcü dili bölməsində təhsil haqqı 4 min 500 Avro, beynəlxalq bölməsində isə 8 və 10 min avro təşkil edir. "Britaniya-Gürcü Akademiyası"- 2006-cı ildə təsis edilib. Bu özəl məktəbin illik təhsil haqqı 5 min 900 dollar təşkil edir. "LOGOS"- 2010-cu ildə təməli qoyulmuş bu özəl məktəbin 6 min 900 - 12 min 600 lari arasında dəyişir. "Baksvud Beynəlxalq Məktəbi" - 2000-ci ildə təməli qoyulmuş bu özəl məktəbdə təhsil haqqı 2 min 900 Funt sterlinq təşkil edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989