Haqqımızda Reklam
11 
Sen
2019
15:26
1
2
441

Proporsional seçki sisteminə keçidlə bağlı ictimai müzakirələr keçiriləcək

Gürcüstanda “Proporsional seçki sisteminə keçid haqqında” konstitusiya layihəsinin ictimai müzakirəsinə başlanılır. 24News.ge-nin xəbərinə görə, məsələ ilə bağlı parlamentinin sədri Arçil Talakvadzenin rəhbərlik etdiyi Təşkilat Komissiyası sentyabrın 13-dən 30-dək ölkə daxilində ümumilikdə 11 açıq iclas keçirəcək.  Parlamentin və parlamentdənkənar siyasi partiyaların nümayəndələri, QHT təmsilçiləri, konstitusiyaçılar və ekspertlər Gürcüstanın konstitusiya qanunu layihəsinin ictimai müzakirələrində iştirak edəcək.  Qeyd edək ki, ölkədə 2020-ci ildə parlament seçkilərinin sıfır baryerlə proporsional sistem üzrə keçirilməsi planlaşdırılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989