Haqqımızda Reklam
27 
Fev
2024
11:11
31
12
829

“Dmanisi Tədris Mərkəzi”ndə Xocalı soyqrımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

Dmanisidə fəaliyyət göstərən “Dmanisi Tədris Mərkəzi”ndə Xocalı soyqrımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. 24News.ge xəbər verir ki, mərasimdə mərkəzin müəllim və şagird kollektivi, gürcü ictimaiyyətinin nümayəndələri, tələbələr iştirak edib. Tədbirdən əvvəl məktəb şagirdlərinin Xocalı faciəsinə həsr edilmiş rəsm əsərlərinə baxış keçirilib. Sonra Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Dmanisi Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücumu, dinc sakinləri gülləbaran etməsi barədə geniş məlumat verib. K.Xıdırov bildirib ki, Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Tədbirdə çıxış edəm müəllim və tələbələr Xocalı qətliamını Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi kimi qiymətləndiriblər. Tədbirin sonunda mərkəzin müəllim və məktəb şagirlərinə, həmçinin dəvət olunmuş gürcü ictimaiyyətinin nümayəndələrinə “İşgəncələr məbədi – Şuşa həbsxanası” adlı sənədli film nümayiş olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989