Haqqımızda Reklam
27 
Fev
2024
11:15
53
6
2612

İki nəfər saxta dollar satan, bir nəfər isə alan şəxs saxlanılıb

İstintaq xidmətinin əməkdaşları iki nəfər saxta dollar satan, bir nəfər isə alan şəxsi həbs ediblər. 24News.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, istintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər qanunsuz maddi səmərə əldə etmək məqsədilə Tbilisidə 19 900 ABŞ dollar məbləğində saxta 100 dollarlıq əskinaslar sata biliblər. Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində iki saxta pul satan və bir nəfər alan şəxs aşkar edilərək həbs edilib. Faktla bağlı istintaq başladılıb, saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989