Haqqımızda Reklam
27 
Fev
2024
12:09
41
10
1175

Tbilisi hava limanında çox sayda bəyan edilməmiş mobil telefonlar aşkar edilib

“Tbilisi Hava Limanı” gömrük-keçid məntəqəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları şübhə əsasında xarici ölkə vətəndaşlarına məxsus baqajlara baxış nəticəsində bəyan edilməmiş mallar, o cümlədən çox sayda mobil telefonlar aşkar ediblər. 24News.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat yayıb. Məlumata əsasən, malların ümumi gömrük dəyəri 21 688,36 lari təşkil edib. Faktla bağlı Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə əsasən qanunu pozan vətəndaşlar 21 688,36 lari (məbləğin 100%-i) məbləğində pul cəriməsi ilə cəzalandırılıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989