Haqqımızda Reklam
27 
Fev
2024
15:50
27
53
10036

Marneulidə gənc oğlan güllələnib

Marneuli şəhərinin 26 may küçəsində gənc oğlanın idarə etdiyi minik avtomobili atəşə tutulub. 24News.ge xəbər portalının əldə etdiyi məlumata əsasən, hadisə saat 13:00 radələrində baş verib. Məlumata görə, açılan atəş nəticəsində yaralanan gənc avtomobili ilə Marneulidə yerləşən Aversi xəstəxanasına gəlib. Hadisənin digər təfərrüatları hələlik məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başladılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989