Haqqımızda Reklam
28 
Mar
2024
11:13
74
7
1911

Faxralı kəndində Ramazan ayı münasibəti ilə iftar süfrəsi açılıb (FOTO)

Bolnisi bələdiyyəsinin Faxralı kəndində BGMİ-nin Bolnisi müftisi Adil Nəbiyev və yerli əhalinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb. 24News.ge xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfirinin üçüncü katibi Ali İhsan, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov, Bolnisi bələdiyyəsinin meri David Şerazadişvili, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov və digər din və ictimaiyyət adamları iştirak ediblər. Qurani-Kərimdən bir neçə ayələrin tilavəti ilə başlayan məclisdə Ramazan ayının və orucun əhəmiyyət və fəlsəfəsindən, mənəvi və ictimai faydalarından danışılıb. Daha sonra çıxış edən digər qonaqlar təşkil olunan iftar süfrəsini yüksək qiymətləndirib və yerli sakinlərə xoş arzularını çatdırıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989