Haqqımızda Reklam
29 
Mar
2024
12:24
47
25
559

Şeyx: "Tolerantlıq, qarşılıqlı hörmət bizim həyat tərzimizdir"

"Bu gün din xadimləri, dövlət qulluqçuları, müxtəlif konfessiyaların nümayəndələri bir araya toplaşmağımız onun ifadəsidir ki, ölkədə tolerantlıq, dözümlülük, qarşılıqlı hörmət bizim həyat tərzimizdir, bütün bunların təminatçısı isə dövlətdir". 24News.ge xəbər verir ki, bu sözləri Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Baş nazirin adından Gürcüstan müsəlman icmasının şərəfinə verilən iftar mərasimində çıxışı zamanı deyib. Nəbiyev hökumət başçısına təşəkkür edib və qeyd edib ki, idarə müsəlman icması ilə dövlət arasında möhkəm körpü rolunu oynayır: “Tolerant, qardaşlıq və mehribanlıq şəraitində təşkil olunan bu iftar süfrəsində sizinlə olmaq fürsətinə görə təşəkkür edirəm. Bu ənənə illərdir davam edir. Qarşılıqlı hörmətə əsaslanan bu əməkdaşlıq nəticəsində bir çox məscid və ibadətgahlar bərpa edilərək tikilib. Müsəlman cəmiyyətinin problemləri ilə bağlı tədbirlər, görüşlər keçirilir. İllərdir iftar mərasimlərinin keçirilməsi ənənə halını alıb. Dövlətin dini icmaya göstərdiyi diqqət və hörmət müsəlmanların hər yerdə hörmətlə yanaşdığı gözəl ənənədir”, - deyə Şeyx vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989