Haqqımızda Reklam
12 
Sen
2019
12:09
2
2
508

Çoxillik tədqiqat təsdiq edir ki, ən qədim heyvan qalıntısı DNT-ləri Dmanisidə tapılıb

Dünyanın aparıcı elmi jurnalı “Nature” Dmanisinin yeni tapıntısı haqqında məlumat yayıb. 24News.ge birinci kanala istinadla xəbər verir ki, “Nature” jurnalının məlumatında göstərilib ki, Dmanisidə tapılan diş qalıntıları elm xadimlərinə 1.77 milyon il əvvəlki genetika haqqında məlumat verir. Mövcud məlumatda qeyd olunub ki, bu heyvan qalıntılarından alınmış dünyanın ən qədim DNT-dir. Bu tapıntı Kanadadakı 700 min il əvvəl tapılmış at DNT-sini də arxada qoymuşdur: “ Tapıntı və yeni tədqiqat haqqında Milli Muzeyin general direktoru Davit Lortkipanidze və Florensiya Universitetinin professoru Lorenzo Ruki mediaya bildirib. Alimlərin sözlərinə görə isə, bu ən qədim biomolekul tədqiqatların içində elm xadimlərinə ən erkən epoka çevrilişi rəsminin bərpasına imkan verir. Biomolekul proekt akademik Davit Lotkipanidze və Eske Virslevsin rəhbərliyi ilə Kopenhagen və Gürcüstan Milli Muzeyinin işbirliyi çərçivəsində yaradılmışdır. Analizlər Kopenhagen, Kebrig və Maks Plank institutlarında keçirilmişdir. Palentoloq tədqiqatlarda Florensiya universitetindən italyan alimlər aktiv iştirak edirdilər.Gürcülərlə yanaşı sitatın müəllifləri ABŞ və avropanın aparıcı elmi mərkəzlərinin alimləridir. Dmanisidə pretarixi büstlərin axtarışı Abesalom Vekuanın kənd təsərrüfatında tapılmış kərgədan dişi qalığının aşkar olunması ilə, 1983-cü ildə başlamışdır. Dmanisi layihə dəstəkçiləri Şota Rustaveli adına Gürcüstan Milli Elm Fondu, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti və Gürcüstan Milli Elm Akademiyasıdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989