Haqqımızda Reklam
12 
Sen
2019
13:27
3
0
450

Gürcüstanın xarici dövlət borcu 4%-dən çox artıb

Son bir il ərzində Gürcüstanın xarici dövlət borcu 219 mln. ABŞ dolları və ya 4,2% artaraq 5,387 mlrd. dollara çatıb. 24News.ge "BusinessPressNews"a istinadən xəbər verir ki, təkcə ötən ay ərzində bu ölkənin xarici dövlət borcu 26 mln. dollar artıb. Gürcüstanın ən böyük kreditorları sırasına Asiya İnkişaf Bankı (1,147 mlrd. dollar), Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası (985,683 mln. dollar) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (898,434 mln. dollar) daxildir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989