Haqqımızda Reklam
12 
Sen
2019
13:37
5
0
723

DİQQƏT! "Forsaj9" filminin çəkilişi səbəbindən sabah Tbilisidə bu küçələrdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

DİQQƏT! "Forsaj-9" filminin epizodlarının çəkilişi səbəbindən sabah Tbilisidə bu küçələrdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq 24News.ge-nin məlumatına görə, Holivud filmi "Forsaj-9"un çəkilişləri səbəbindən sabah 13 sentyabr tarixində Tbilisidə Varazi küçəsində saat 11:00-dan 15:00-dək nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Tbilisi bələdiyyəsinin məlumatına görə, məhdudlaşdırmanın sahəsi Varazi küçəsini, Jğenti küçəsindən IV mikrorayonun N19 B binasınadək və eləcə də Datuaşvili küçəsi ilə Amaşukeli küçəsinin kəsişməsini əhatə edəcək. Müvafiq olaraq 13 sentyabr saat 11:00-dan 15:00-dək Nuçubidzenin 4-cü mikrorayonundan eləcə də Txinvala və Lisi kəndlərindən şəxsi nəqliyyat vasitələri və eləcə də N63, N99 və N107 nömrəli ictimai nəqliyyat vasitələri Lisi gölü tərəfindən, Kvagadze, Beritaşvili və Budapeşt küçələri istiqamətində hərəkəti davam etdirəcəklər. Digər tərəfdən isə Barataşvili istiqamətindən hərəkət edən N88 ictimai avtobusun axırıncı dayanacağı Delisi metro stansiyası təyin olunub. Tbilisi bələdiyyəsi narahatçılığa görə əhalidən üzr istəyir!

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989