Haqqımızda Reklam
12 
Sen
2019
15:30
6
1
1111

Gürcüstanda Azərbaycandilli məktəblərin sayı məlum olub

Ölkəmizdə Azərbaycan dilli 120 məktəbin fəaliyyət göstərdiyi açıqlanıb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən məlumat verilib. Məlumatda bildirilib ki, bu məktəblərdən 80-i Azərbaycandillidir. Yerdə qalan 40 məktəbdə isə Azərbaycan bölməsi fəaliyyət göstərir. İllik müqayisədə ölkədə ictimai məktəblərin Azərbaycan bölmələrinin sayı artıb. Belə ki, Mərkəzin ötən il təqdim etdiyi məlumata görə Azərbaycan bölmələrinin sayı 38 təşkil edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989