Haqqımızda Reklam
22 
Apr
2024
22:30
26
6
380

Müdafiə naziri Azərbaycanın Gürcüstandakı səlahiyyətli səfiri ilə görüşüb (FOTO)

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb. 24News.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, tanışlıq görüşündə tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini müzakirə ediblər. Müdafiə naziri Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib. Yüksək səviyyəli səfərlərin müsbət dinamikası da vurğulanıb. Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Beynəlxalq təlimlərdə birgə iştirak və hərbi təhsil istiqamətində əməkdaşlıq məsələlərinə diqqət yetirilib. Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı Müdafiə Attaşesi polkovnik Fuad İbrahimov da iştirak edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989