Haqqımızda Reklam
22 
Apr
2024
23:30
31
11
543

Tələbələr parlament önündən hakim partiyanın mərkəzi ofisi önünə yürüş ediblər

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən tələbələr, parlament binası önündən “Gürcü arzusu”nun ofisinə doğru yürüş ediblər. 24News.ge xəbər verir ki, hakim partiyanın ofisi ətrafına çox sayda polis cəlb olunub. Mitinq iştirakçıları polisdən xahiş ediblər ki, dinc aksiya iştirakçılarına “Gürcü arzusu” ofisinin önünə keçməyə icazə versinlər, lakin polis buna icazə verməyib. Etirazçılar isə “Gürcü arzusu” ofisi yaxınlığında magistral yolu bağlayıblar. Qeyd edək ki, aksiya iştirakçıları əvvəlcə parlament binası önünə toplaşaraq, burada Rustaveli prospektini bağlamışdırlar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989