Haqqımızda Reklam
23 
Apr
2024
12:01
31
9
1887

Saxta sürücülük vəsiqələri hazırlayaraq satan 4 nəfər saxlanılıb

Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samtsxe-Cavaxeti bölgəsində saxta sənədlərin hazırlanması və verilməsi faktına görə 4 nəfər həbs edilib. 24News.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb. Verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs şərikləri ilə birgə Daxili İşlər Nazirliyinin xidmət agentliyinin adından verilmiş saxta sürücülük vəsiqəsi və sürücülük vəsiqəsinin verilməsinə dair saxta arayış hazırlayıb 550 ABŞ dollarına satıb. Aparılmış istintaq hərəkətləri nəticəsində əlavə olaraq iki saxta sürücülük vəsiqəsi və onun hazırlanması üçün zəruri olan müxtəlif texniki avadanlıqlar götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 362-ci maddəsinin ikinci hissəsi ilə istintaq başladılıb, saxlanılan şəxsləri 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989