Haqqımızda Reklam
26 
May
2024
09:38
28
17
3720

Güclü leysan Marneuli və Bolnisidə ciddi fəsadlar törədib (FOTO)

Gecə boyu yağan güclü yağış nəticəsində Xram və Debet çayları daşaraq məcrasından çıxıb. 24News.ge xəbər portalına daxil olan məlumata əsasən, sel suları çay hövzəsinə yaxın ərazilərdə kommunikasiya xətlərinə, yol infrastrukturuna, habelə vətəndaşların şəxsi təsərrüfatlarına və evlərinə ciddi ziyan vurub. Qeyd edək ki, sinoptiklər qeyri-sabit hava şəraitinin bu gün də, davam edəcəyini bildirirlər. Sabahdan etibarən isə yağıntının ara verəcəyi proqnozlaşdırılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989