Haqqımızda Reklam
26 
May
2024
14:01
30
12
485

Kobaxidze: "Arzumuz 2030-cu ildə abxaz və osetinlərlə birlikdə vahid Gürcüstanda yaşamaqdır"

"Vahid və güclü Gürcüstan 2030-cu ildə Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır". 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze Müstəqillik Günü münasibətilə çıxışında deyib. O, qeyd edib ki, ölkə Gürcüstanın suverenliyini və müstəqilliyini qoruyan hökumət tərəfindən idarə olunur: "Bizim gürcü arzumuz 2030-cu ildə abxaz və osetinlərlə birlikdə vahid Gürcüstanda yaşamaqdır. Bu gün hər zamankından daha çox bir-birimizin qayğısına qalmalı və nifrətə qalib gəlməliyik, çünki düşmənçiliyin məhv etdiyi şey ancaq sevgi ilə bərpa oluna bilər". Qeyd edək ki, mayın 26-da Gürcüstanda müstəqillik günü qeyd olunur. Paytaxt Tbilisi ilə yanaşı, ölkənin 18 şəhərində bayram tədbirləri keçirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989