Haqqımızda Reklam
26 
May
2024
14:31
25
5
2977

Kirəç Muğanlı kəndində hərbi-kazarma və bir neçə ev sel-suları altında qalıb (FOTO)

Gecə saatlarında yağan güclü yağış nəticəsində Debed və Xram çayları daşaraq məcrasından çıxıb. 24News.ge xəbər verir ki, nəticədə Marneuli bələdiyyəsinin Kirəç Muğanlı kəndində yerləşən hərbi-kazarma, bir neçə yaşayış evi, əkin sahəsi, kafe və obyektlər sel suları altında qalıb. Məlumata əsasən, hazırda hərbi-kazarma ərazisində helikopterlə təxliyyə işləri aparılır. Məlumat üçün bildirək ki, ötən gün yağan güclü yağışlar səbəbindən ölkənin bir sıra bölgələrində çaylar daşıb, sel suları çay hövzəsinə yaxın ərazilərdə kommunikasiya xətlərinə, yol infrastrukturuna, habelə vətəndaşların şəxsi təsərrüfatlarına və evlərinə ciddi ziyan vurub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989