Haqqımızda Reklam
26 
May
2024
15:49
30
9
976

Tbilisidə Prezident və Baş nazirin iştirakı ilə hərbi parad keçirilib (FOTO)

26 may Gürcüstanın Müstəqillik Günü münasibətilə Tbilisidə hərbi parad keçirilib. 24News.ge xəbər verir ki, mərasimdə Baş nazir İrakli Kobaxidze, Prezident Salome Zurabişvili, parlament sədri Şalva Papuaşvili, eləcə də digər dövlət və hökumət rəsmiləri iştirak ediblər. Bayram paradında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və eləcə də digər ölkələrin diplomatik nümayəndəliklərinin üzvləri iştirak ediblər. Gürcüstan Müdafiə Qüvvələrinin müxəlif qoşun növlərinin iştirak etdiyi paradda ordunun arsenalındakı müxtəlif artilleriya sistemləri nümayiş olunub. Hərbi paradda yeni çağırışçıların andiçmə mərasimi də baş tutub. Qeyd edək ki, bu gün paytaxt Tbilisi ilə yanaşı, ölkənin 18 şəhərində bayram tədbirləri keçirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989