Haqqımızda Reklam
21 
Iyn
2024
16:09
43
2
2601

8 nəfərin zəhərlənməsinə səbəb olan Şaurma obyekti cərimələnib

Kobuletidəki rəsmi liseniziyası olmayan Şaurma obyektlərindən birində 8 nəfər zəhərlənib. 24News.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat yayıb. Bildirilir ki, yoxlama nəticəsində sahibkarlıq subyektinin təsərrüfat fəaliyyətinin reyestrində qeydiyyata alınmadığı və həmin ünvanda Milli Qida Agentliyi tərəfindən verilmiş məcburi tanınma hüququ olmadan fəaliyyət göstərən müəssisəyə sahib olduğu müəyyən edilib. Nəticədə Ərzaq/Heyvan Yeminin Təhlükəsizliyi, Baytarlıq və Bitki Mühafizəsi Məcəlləsinin 65-ci maddəsinin 1-ci hissəsi və 65-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq obyekt cərimələnib, kritik uyğunsuzluqlarla bağlı tövsiyələr verilib. Monitorinqlər çərçivəsində müəssisədən qida nümunələri götürülərək mikrobioloji tədqiqatlar üçün akkreditə olunmuş laboratoriyaya göndərilib. Milli Qida Agentliyi laboratoriya tədqiqatlarının nəticələrini aldıqdan sonra ictimaiyyətə əlavə məlumat verəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989