Haqqımızda Reklam
21 
Iyn
2024
22:05
27
31
3746

Gənclər arasında yaranan qarşıdurma nəticəsində bir nəfər həyatını itirib

Paytaxt Tbilisinin Varketili ərazisində gənclər arasında baş verən qarşıdurma faciəvi şəkildə başa çatıb. 24News.ge yerli mətbuata istinadən xəbər verir ki, üç nəfər əlbəyaxa dava zamanı bir nəfərə qarşı fiziki zor tətbiq ediblər. Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Tbilisidə, Varketilinin 3-cü massivində qarşılıqlı mübahisə zəminində təqsirləndirilən şəxslər 19 yaşlı gəncə əl və ayaqları ilə başına və bədəninə çoxsaylı zərbələr endiriblər. Zərərçəkmiş huşsuz vəziyyətdə tibb müəssisəsinə çatdırılıb və aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qruplaşma halında cinayət törətməkdə təqsirli bilinən 3 nəfər saxlanılıb. Saxalanılan şəxsləri 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989