Haqqımızda Reklam
09 
Avq
2024
22:10
39
35
1485

Avtomobillərdən çıxan zərərli qazlara görə 6683 sürücü cərimələnib (FOTO)

11 ay ərzində emissiya normalarına əməl etməyən 6683 qanun pozucusu cərimələnib. 24News.ge xəbər verir ki, bu barədə Ətraf Mühitə Nəzarət Departamenti məlumat yayıb. Bildirilir ki, qanunun qüvvəyə mindiyi gündən avqustun 4-dək 3177 qanun pozuntusu Tbilisidə, 1330-u Kutaisidə, 1145-i Batumidə, 1031-i Rustavi şəhərində qeydə alınıb. Ekoloji Nəzarət Departamentinin əməkdaşları tərəfindən cərimə olunmuş 6683 qanun pozucusundan 5832-si fiziki, 851-i isə hüquqi şəxsdir. Bildirilir ki, 4142 avtomobil sürücüsü, 2256 mikroavtobus, 277 yük maşını və 1 avtobus sürücüsü cərimələnib. Qeyd edək ki, avtonəqliyyat vasitələrinin tullantılarına dair qanunvericiliklə müəyyən edilmiş normalara əməl edilməməsinə görə, fiziki şəxs ilk dəfə 100 lari, ikinci dəfə 300 lari, üçüncü dəfə isə 600 lari məbləğində cərimə edilir. Hüquqi şəxs üçün cərimə 500, 1500 və 3000 lari təşkil edir. Cərimə 10 gün ərzində ödənilərsə, cərimənin məbləği 20% azalır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989