Haqqımızda Reklam
10 
Avq
2024
17:26
20
64
2327

Kosalı kəndində “Gürcü Arzusu”nun deputatı vətəndaşı döyməkdə ittiham olunur

“Gürcü Arzusu”nun Qardabani bələdiyyə deputatı İslam Məmmədov Kosalı kəndində vətəndaşa qarşı fiziki təzyiq göstərməkdə ittiham olunur. 24News.ge xəbər verir ki, yerli sakinlər hadisənin toy mərasimi zamanı masa arxasında başladığını və daha sonra əlbəyaxa davanın küçədə davam etdiyini bildirirlər. Sakinlərin sözlərinə görə, qarşıdurmada bir neçə nəfər iştirak edib. Dövlət qulluqçusu tərəfindən döyülən şəxsin qonşuları deyirlər ki, Qardabani Bələdiyyəsinin hakim partiyadan olan deputatı İslam Məmmədov çox güman ki, sərxoş vəziyyətdə olub. Bildirilir ki, zərərçəkən əvvəlcə polisə müraciət etsə də, daha sonra ona edilən təzyiq nəticəsində iddiasını geri götürüb. Zərərçəkən jurnalistlərə müsahibəsində bildirib ki, anlaşılmazlıq olub və problem aradan qalxıb. Münaqişənin nədən qaynaqlandığı hələlik məlum deyil. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 126-cı (zorakılıq törətmə) maddəsi ilə istintaq başladılıb. (Mənbə: Mtavari Arxi)

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989