Haqqımızda Reklam
10 
Sen
2024
18:31
196
72
1791

Zurabişvilidən hakim partiyanı qıcıqlandıracaq açıqlama: "Gürcü arzusu 25%-dən çox səs ala bilməyəcək"

"Hakim partiya yaz etirazlarından sonra zəifləyib. Sorğulara görə, onlar 25%-dən çox səs toplaya bilməzlər". 24News.ge xəbər verir ki, bu sözləri prezident Salome Zurabişvili müsahibəsində deyib. O bildirib ki, ölkənin gələcək sabitliyi oktyabrın 26-da qərbyönlü müxalifətin aşkar qələbəsindən asılıdır: “Heç bir proqnoz verməyəcəyəm, bu, mənim rolum deyil, amma əminliklə deyə bilərəm ki, ölkənin gələcək sabitliyi oktyabrın 26-da qərbyönlü müxalifətin aşkar qələbəsindən asılıdır. Mən bunu siyasi partiyalara izah etməyə çalışıram, indi rəqabətin vaxtı deyil. Yaxın keçmişi nəzərə alsaq, müxalifət birləşməyəcək, amma Avropa ideyası ətrafında kifayət qədər birləşə bilərlər ki, 50 və ya 60 faiz səs toplaya bilsinlər. Hakim partiya yaz etirazlarından sonra zəifləyib. Sorğulara görə, onlar 25%-dən çox səs ala bilmirlər. Hər kəs yaxşı bilir ki, Gürcülərin böyük əksəriyyəti Avropaya olan istəklərində inadkar olaraq qalırlar", - deyə Salome Zurabişvili qeyd edib. O həmçinin qeyd edib ki, Gürcüstanı Avropa yoluna qaytarmaq üçün ikinci müddət də daxil olmaqla, böyük məsuliyyət götürməyə hazırdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989