Haqqımızda Reklam
11 
Sen
2024
12:32
52
5
922

Paşinyan tezliklə Azərbaycanla sülh sazişinin imzalanacağını açıqlayıb

"Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambula tam razılaşdırılıb". 24News.ge xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, 16 maddədən üçü qismən razılaşdırılıb. Baş nazir hesab edir ki, bu, təsdiqlənmiş sənədə malik olmağa və ona uyğun irəliləməyə imkan verəcək. O qeyd edib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır: "Yaxın vaxtlarda sülh və münasibətlərin qurulması ilə bağlı razılaşdırılmış sənədi imzalamağa hazır olduğumu təsdiq edirəm", - deyə o vurğulayıb. Baş nazirin sözlərinə görə, razılaşdırılmış maddələrdən biri diplomatik münasibətlərin qurulmasına aiddir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989