Haqqımızda Reklam
08 
Nybr
2024
13:44
9
40
1000

Baş nazir İrakli Kobaxidze Şarl Mişellə müxalifətin vəziyyəti barədə müzakirə aparıb

Baş nazir İrakli Kobaxidze Avropa Şurasının prezidenti Şarl Mişelə müxalifətin etiraz aksiyaları keçirmək üçün dəstək tapmaqda çətinlik çəkdiyini bildirib. 24News.ge xəbər verir ki, İrakli Kobaxidze Budapeştdə bu barədə Ş.Mişellə görüşündən sonra jurnalistlərə deyib. “Şarl Mişelə Gürcüstandakı vəziyyət, o cümlədən müxalifətin xalqın dəstəyinə malik olmaması haqqında məlumat verdim. Mənim fikrimcə, belə bir şəraitdə hadisələr dörd il öncəkinə nisbətən daha asan inkişaf edəcək, çünki müxalifətin resursları yoxdur. Ona həmçinin dedim ki, hər cür müzakirəyə açığıq. Bu, bizim açıq mövqeyimizdir”, - deyə Baş nazir qeyd edib. Qeyd edək ki, baş nazir İrakli Kobaxidze Macarıstanda Avropa siyasi icması sammiti çərçivəsində Avropa liderləri ilə görüşlərini davam etdirir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989