Haqqımızda Reklam
08 
Nybr
2024
14:50
59
12
736

Şarl Mişel: "Gürcüstanda keçirilən seçkilərdə saxtakarlığa dair ciddi şübhələr var"

"Keçirilmiş seçkilərlə bağlı araşdırma tələb edən ciddi saxtakarlıq şübhələri var. Hər şeyin ədalətli və şəffaf şəkildə həyata keçirildiyinə əmin olmaq üçün bu proseslə bağlı aydınlığa ehtiyacımız var". 24News.ge xəbər verir ki, Avropa Şurasının prezidenti Şarl Mişel Budapeştdə Aİ-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşündən əvvəl Gürcüstanda keçirilən seçkilərlə bağlı suala cavabında bildirib. Onun sözlərinə görə, gürcü xalqı Avropa İttifaqına daxil olmağa ürəkdən can atır: “Biz Gürcüstana namizəd statusu verəndə Avropa İttifaqı tərəfindən çox mühüm qərar qəbul etdik. Keçirilmiş seçkilərlə bağlı araşdırma tələb edən ciddi saxtakarlıq şübhələri var. Hər şeyin ədalətli və şəffaf şəkildə həyata keçirildiyinə əmin olmaq üçün bu proses haqqında aydınlığa ehtiyac var”, - deyə Mişel qeyd edib. Onun sözlərinə görə, Aİ liderləri Gürcüstandakı mövcud vəziyyəti müzakirə edəcək və aydın mesaj verəcəklər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989