Haqqımızda Reklam
20 
Sen
2019
14:54
0
15
2128

Gürcüstanda “Mavi balina” oynayan yeniyetmə intihar edib

Gürcüstanın Tercola rayonunun Çoqnari kəndində 14 yaşlı yeniyetmə intihar edib. 24News.ge xəbər verir ki, yeniyetməni baba və nəvəsi evin həyətində asılı vəziyyətdə tapıblar. Oğlanın təhsil aldığı məktəbin direktoru Amiran Eliava bildirib ki, yeniyetmə nümunəvi şagird olub. Yeniyetmənin qohumları intiharı “Mavi balina” internet oyunu ilə əlaqələndirirlər. Uşaq ailənin tək övladı olub. Faktla bağlı Daxili İşlər Nazirliyində sui-qəsd həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb. İstintaq bütün mümkün ehtimallar üzrə aparılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989