Haqqımızda Reklam
20 
Sen
2019
19:43
4
3
656

Tbilisidə paralel iki aksiya keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə paralel olaraq iki aksiya keçirilir. 24News.ge xəbər verir ki, aksiyalardan biri parlament binasının qarşısında Tbilisidə iyunun 20-21-də baş verən hadisələrdən üç ay ötməsi ilə bağll təşkil olunub. Digər aksiya Gürcüstan prezidentinin sarayı qarşısında keçirilir. Müxalif "Vahid Milli Hərəkat" partiyasının təşkilatçılığı ilə baş tutan aksiyada dövlət başçısının qatilləri əfv etməsinə etiraz bildirilir. Partiya liderlərindən biri Zaal Udumaşvili prezidentin addımlarının utancverici olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısı qatilləri əfv etməsinə heç aydınlıq belə gətirməyib. Müxalifətçi qeyd edib ki, prezidentin bəyanatları xaricdə bir sıra qalmaqallar yaradıb və onun qatilləri əfv etməsi yeni qalmaqala səbəb olub. Aksiya iştirakçılarının parlamentin qarşısındakı aksiyaya qoşulacağı gözlənilir. Parlament ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989