Haqqımızda Reklam
21 
Iyn
2026
13:15
4
3
207

BGMİ Şeyxi Marneuli və Hucabi Yepiskopu ilə görüşüb (FOTO)

Marneuli və Hucabi yepiskopu Giorgi Camdeliani ilə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev arasında görüş keçirilib. 24News.ge xəbər verir ki, bu barədə hər iki din xadimi paylaşım edib. Bildirilir ki, yepiskop Giorginin ev sahibliyi etdiyi görüş səmimi və dostluq şəraitində baş tutub. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin əhəmiyyətini, tarixi dostluq əlaqələrinin qorunub saxlanılmasının vacibliyini və bu əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini vurğulayıblar. Tərəflər həmçinin regionda dinlərarası dialoqun və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinin rolundan bəhs ediblər. Görüşdə Gürcüstanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğu, müxtəlif dini və etnik qrupların əsrlər boyu qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı qeyd olunub. Söhbət zamanı Gürcüstanın tolerantlıq ənənələri, müxtəlif dini icmalar arasında mövcud olan dostluq münasibətləri və ölkənin bu baxımdan özünəməxsus xüsusiyyətləri xüsusi vurğulanıb. Görüş səmimi atmosferdə keçib və tərəflər bir daha dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

www.24news.ge