Haqqımızda Reklam
14 
Iyl
2026
12:01
5
9
1058

Marneuli Sakrebulosunun iclasında yeni deputat və komissiya sədrləri təsdiqlənib

Marneuli Munisipaliteti Sakrebulosunun sədri Amiran Qiorqadzenin rəhbərliyi ilə növbəti iclas keçirilib. 24News.ge xəbər verir ki, iclasın gündəliyinə baxılması üçün 6 məsələ çıxarılıb. Deputatlar gündəlikdə yer alan bütün məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul ediblər. İclasda Marneuli Sakrebulosunun artıq keçmiş üzvü Teona Parçianın yerinə Ramiz Hacıyevin deputat səlahiyyətlərinin tanınması barədə qərar qəbul olunub. Eyni zamanda, daimi komissiyaların sədrləri seçilib. Səsvermənin nəticələrinə əsasən, Zurab Coniaşvili Maliyyə-Büdcə Komissiyasının, Vano Burnadze isə Sosial Məsələlər Komissiyasının sədri seçiliblər. İclasda həmçinin 2026-cı il iyunun 21-də baş vermiş təbii fəlakətdən zərər çəkmiş vətəndaşların torpaq vergisindən azad edilməsi, Marneuli Munisipaliteti ərazisində küçələrin nömrələnməsi və uğurlu yerli idmançıların pul mükafatı ilə təltif olunması məsələləri də müzakirə edilərək dəstəklənib. İyulun 13-də keçirilən iclasda Sakrebulo sədrinin birinci müavini Tariel Məmmədov, sədr müavinləri Riçard Qiqani və Vasil Xaxulaşvili, Marneuli merinin birinci müavini Qiorqi Qodabrelidze, Sakrebulo və Meriyanın struktur bölmələrinin rəhbərləri, aparat əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.

www.24news.ge