Haqqımızda Reklam
14 
Iyl
2026
17:48
9
5
1234

Kaladze “Rike Səhənglər”in yerində otel və kazinonun tikintisi ilə bağlı suala aydınlıq gətirib

Tbilisi meri Kaxa Kaladze Rike parkında yerləşən və "Rike Səhənglər" kimi tanınan tikililərin sökülməsi ilə bağlı açıqlama verib. 24News.ge xəbər verir ki, Kaladzenin sözlərinə görə, obyekt uzun müddətdir istifadəsiz qaldığından ağır vəziyyətə düşmüşdü və onun sökülməsi barədə qərarı özəl mülkiyyətçi qəbul edib. "Bu, özəl mülkiyyətdir. Tikili tamamilə funksiyasız idi, çox ağır vəziyyətdə idi və demək olar ki, zibil yuvasına çevrilmişdi. Buna görə də mülkiyyətçi onun sökülməsi barədə qərar verdi". Kaladze qeyd edib ki, söküntü işlərinə icazə verilməsi üçün bütün memarlıq tələbləri və qanunvericiliklə müəyyən edilmiş prosedurlar yerinə yetirilib. Onun sözlərinə görə, Tbilisi Meriyası Mədəni İrs Şurası ilə birlikdə söküntünün həyata keçirilməsinə razılıq verib. Mer bildirib ki, hazırda həmin ərazidə həyata keçiriləcək yeni layihə ilə bağlı Tbilisi Meriyasına hər hansı layihə təqdim olunmayıb: "Hələlik heç bir təklif və ya layihə təqdim edilməyib. Layihə təqdim olunan kimi ictimaiyyət də bu barədə məlumatlandırılacaq. Bu, şəhərin çox vacib məkanlarından biridir və burada həyata keçiriləcək layihə ətraf mühitə uyğun olmalıdır. İnanıram ki, mütəxəssislərin iştirakı ilə burada ən yaxşı layihələrdən biri reallaşdırılacaq", – deyə Kaxa Kaladze əlavə edib.

www.24news.ge