Haqqımızda Reklam
24 
Avq
2026
21:32
8
4
472

Məktəblər mobil telefonların saxlanması üçün xüsusi qutular alıb

Məktəblər şagirdlərin mobil telefonlarını saxlamaq üçün nəzərdə tutulan qutuları artıq əldə edib. 24News.ge xəbər verir ki, bunu Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze açıqlayıb. Nazirin sözlərinə görə, məktəblər mobil telefonların saxlanması üçün qutuları fərdi qaydada və ehtiyac duyulan sayda alırlar. Qutuların harada yerləşdiriləcəyinə də hər bir məktəb özü qərar verəcək. “Mənim məlumatıma görə, məktəblər ehtiyac duyulan saydan asılı olaraq bu qutuları artıq alıblar. Bu, mobil telefonun məktəbə gətirilməsinin qadağan edilməsi demək deyil. Bununla bağlı dəfələrlə tamamilə yanlış məlumatlar yayılıb”, – deyə Mikanadze bildirib. Nazir müəllimlərin mobil telefondan istifadəsi ilə bağlı yayılan məlumatların da yanlış olduğunu qeyd edib. Onun sözlərinə görə, müəllimlərə telefon istifadəsi qadağan edilməyib. Əgər dərs zamanı müəllimə telefondan hər hansı materialı nümayiş etdirmək üçün ehtiyac yoxdursa, onlardan şagirdlərə nümunə olaraq telefonlarını xüsusi qutuya qoymaları xahiş olunur. Mikanadze bildirib ki, mobil telefonlardan istifadə ilə bağlı məhdudiyyətlər dərs prosesi zamanı tətbiq edilir. Məqsəd şagirdlərin dərsə maksimum diqqət yetirməsini və xüsusilə internetə qoşulmuş mobil telefon kimi vasitələrlə diqqətlərinin yayınmamasını təmin etməkdir. Nazirin sözlərinə görə, onun əmri ilə şagirdlərin hansı hallarda mobil telefondan istifadə edə biləcəyi ilə bağlı konkret istisnalar da müəyyənləşdirilib: “Əlbəttə, mənim əmrlə müəyyən edilmiş konkret istisnalar var. Uşağın hansı halda və nə zaman mobil telefondan istifadə edə biləcəyi bütün detalları ilə müəyyənləşdirilib. Dərslər başlamazdan əvvəl bu məsələ ilə bağlı yenidən məlumat toplayacaq və bütün tərəflərin qaydalar barədə məlumatlandırılıb-məlumatlandırılmadığını ətraflı yoxlayacağıq”, – deyə Mikanadze qeyd edib.

www.24news.ge