Haqqımızda Reklam
09 
Sen
2026
15:35
7
14
1702

Gürcüstandan havaya qalxan təyyarə Türkiyədə suya düşüb

Gürcüstandan havaya qalxan və göyərtəsində 2 nəfərin olduğu kiçik təyyarə Türkiyənin Rizə vilayəti sahillərində suya düşüb. 24News.ge Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi təyyarənin göyərtəsindəki iki Belçika vətəndaşı xilas edilib. Xilas edilən şəxslər xəstəxanaya çatdırılıblar. Məlumata görə, şəxsi təyyarə Batumidən Ordu-Giresun hava limanına uçurmuş. Texniki nasazlıq səbəbindən o, sahil yaxınlığında suya qəza enişi edib.

www.24news.ge