Haqqımızda Reklam
20 
Sen
2026
18:17
5
0
200

Batumidə sentyabr ayı üçün 100 illik yağıntı rekordu qeydə alınıb

Sentyabrın 19-dan 20-si səhərədək Acarıstanın sahilyanı ərazilərində güclü yağış yağıb. Nəticədə Batuminin bəzi ərazilərində küçələri su basıb və şəhər infrastrukturu müvəqqəti olaraq yüklənib. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Agentliyin meteoroloji müşahidələrinə əsasən, ən yüksək yağıntı Batumidə qeydə alınıb. Şəhərdə yağış fasiləsiz olaraq 21 saat davam edib və sentyabrın 19-20-də yağıntının ümumi miqdarı 275 millimetr təşkil edib. Bu göstərici aylıq iqlim normasının 90 faizindən çoxdur. Məlumata görə, yağıntının 20 faizi, yəni 52,5 millimetr, cəmi bir saat ərzində – sentyabrın 19-u saat 21:00-dan 22:00-dək düşüb. Milli Ətraf Mühit Agentliyi bildirib ki, Batumi meteoroloji stansiyasında 24 saat ərzində qeydə alınan 273 millimetr yağıntı sentyabr ayı üçün tarixi baxımdan görünməmiş göstəricidir və 100 ildə bir dəfə təkrarlanması ehtimal olunan yağıntı kateqoriyasına daxildir. Digər meteoroloji stansiyalarda da yüksək yağıntı qeydə alınıb. Kobuletidə 134,5, Koxidə (Kobule­ti) 58,5, Mtirala Milli Parkında 93, Xindiyətidə (Xelvaçauri) isə 50,8 millimetr yağıntı düşüb.

www.24news.ge