Haqqımızda Reklam
20 
Sen
2026
19:50
7
2
405

Tbilisidə “ərəb şəhərləri” adlandırılan layihələrin tikintisinə qarşı aksiya keçirilir

Tbilisinin Azadlıq meydanında “ərəb şəhərləri” adlandırılan yaşayış komplekslərinin tikintisinə qarşı aksiya keçirilir. 24News.ge xəbər verir ki, aksiyanın “Konservatorlar” birliyi tərəfindən təşkil olunduğu bildirilib. Aksiyada iştirak edən şəxslərin əllərində Gürcüstan dövlət bayraqları və ikonalar, həmçinin “Dil, Vətən, İnanc” yazılmış plakat olub. Aksiya zamanı çıxışlar da edilib. Təşkilatçıların sözlərinə görə, aksiya Gürcüstanda planlaşdırılan investisiya layihələri ilə bağlıdır. Onlar xüsusilə Tbilisinin Krtsanisi meşə-parkı ərazisində həyata keçirilməsi nəzərdə tutulan layihəyə etiraz edirlər. Hazırda Azadlıq meydanında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Ərazidə patrul polisinin əməkdaşları səfərbər olunub.

www.24news.ge